Kanada İranın nüvə proqramının yoxlanılmasına pul ayıracaq

15:00 | 14.10.2017
Kanada İranın nüvə proqramının yoxlanılmasına pul ayıracaq

Kanada İranın nüvə proqramının yoxlanılmasına pul ayıracaq

Kanada hökuməti İranın nüvə proqramının yoxlanılmasına 1,5 milyon Kanada dolları (1,2 milyon ABŞ dolları ) məbləğində vəsait ayıracaq.

anews.az xəbər verir ki, bu barədə Kanada XİN-nin rəhbəri Kristia Frilandın  Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatında bildirilir.

"2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) sülh və təhlükəsizliyə yarana biləcək təhlükənin qarşısının alınmasında mühüm alət olub", - deyə XİN rəhbəri bildirib .

Oktyabrın 13-də Amerika prezidenti Donald Tramp bildirib ki, ABŞ İrana qarşı olan strategiyasını yenidən nəzərdən keçirib və bu ölkə ilə nüvə sazişini istənilən vaxt poza bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM