Kanadanın yeni seçilmiş baş naziri Castin Tryudo bəyan edib ki, onun ölkəsi Suriya və İraqda terrorçulara qarşı aviazərbələrdə iştirak etməyəcək, BBC News məlumat yayıb.
Oxu.Az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə o, Amerika prezidenti Barak Obamaya Kanadada seçkilərdə onun liberal partiyasının qələbəsinin məlum olmasından bir saat sonra bildirib.
Tryudo öz seçkiqabağı kampaniyasında Kanada pilotlarını və 2016-cı ilə qədər regionda yerləşdirilən CF-18 qırıcılarını geri qaytarmağı vəd edib.
Bununla yanaşı, o, şimali İraqda kanadalı hərbi təlimçilərin olacağını bildirib.
Tryudo həmçinin 25 min suriyalı qaçqına ilin sonuna qədər sığınacaq verəcəyini vəd edib, bu məsələ üzrə daha sərt mövqe tutun onun sələfi Stiven Harper bu addımdan imtina etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !