Kanada rusiyalıları ölkədən çıxarmağa başladı - Sanksiyalar

12:21 | 07.03.2014
Kanada rusiyalıları ölkədən çıxarmağa başladı - Sanksiyalar

Kanada rusiyalıları ölkədən çıxarmağa başladı - Sanksiyalar

Kanada 9 rus hərbçisinin ölkədən çıxarılması barədə qərar çıxarıb. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, hərbçilərdən 8-i Kanadanın müxtəlif ali məktəblərində dil kursu keçirdi, biri isə yerli hərbçilərə rus dilini öyrədirdi. 

Hökumətin rəsmilərindən biri deyib ki, ölkə ərazisini tərk etmək üçün hərbçilərə 24 saat vaxt verilib.

Rusiya vətəndaşlarının ölkədən xaric edilməsinə səbəb kimi, Rusiyanın Ukraynaya və Krıma qarşı sərgilədiyi siyasət göstərilir. 

Bir müddət əvvəl Kanadanın baş naziri Stiven Harper Rusiya ilə hərbi əməkdaşlığın dayandırılması barədə qərar çıxarmışdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM