Kanada Rusiyaya yeni sərt sanksiyalar tətbiq etdi

11:36 | 18.02.2015
Kanada Rusiyaya yeni sərt sanksiyalar tətbiq etdi

Kanada Rusiyaya yeni sərt sanksiyalar tətbiq etdi

Kanada Rusiya və Ukrayna vətəndaşı olan 37 nəfərin bank hesabını dondurub, 17 rus və Ukrayna şirkətinə isə iqtisadi sanksiyalar tətbiq edib.
 
Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini elan edib. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, baş nazir Stefan Jozef Harper bununla bağlı yazılı açıqlama ilə çıxış edib. Açıqlamada deyilir ki, rus və Ukrayna vətəndaşı olan 37 nəfərin bank hesabları dondurulub və onların ölkəyə daxil olmasına qadağa qoyulub. Eyni zamanda 17 rus və Ukrayna şirkətinə iqtisadi sanksiyalar tətbiq edilib.
 
Harperin yazılı açıqlamasında deyilir: "İndiyə qədər 5 min 300 nəfərin həyatına bais olan Putin rejiminin hərbi təcavüzləri qarşısında Ukrayna xalqını dəstəklədiyimizi bəyan edirik. Kanadanın mövqeyi çox açıqdır. Biz Ukraynanın ərazi bütövlüyünün qorunmasını və suverenlik hüquqlarına hörmət göstərilməsini istəyirik. Ukraynanın hər hansı bir hissəsinin Rusiya tərəfindən işğalını heç vaxt tanımayacağıq. Bizim və müttəfiqlərimizin tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiyaya təzyiq kimi qiymətləndirilməlidir. Rusiya bu böhranın sülh yolu ilə həll etməyi rədd edir və münaqişələri artırmağa davam edərsə, biz də sanksiyaları artıracağıq".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM