Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanadanın xarici işlər naziri Stefan Dion bildirib.
"Doğrudur, BMT ölkələrdən (İrana qarşı) İİR hərbi məqsədlə nüvə silahından istifadə etməsinə yol verməmək üçün tətbiq edilmiş sanksiyaları ləğv etməyi xahiş edib”, - o, deyib.
"Kanada sanskiyaları ləğv edəcək, amma insan haqları üçün təhlükə doğuran və müttəfiqlərimizn dostu olmayan rejimə qarşı müəyyən inamsızlıq nümayiş etdirəcək”, - Dion vurğulayıb.
Onun sözlərinə görə, sanksiyaların ləğv edilməsi Kanadanın müttəfiqləri ilə əlaqədə həyata keçirilir.
Bundan başqa nazir qeyd edib ki, Ottava Tehranda səfriliyini açacaq, amma zamanı dəqiqləşdirmədi. Kanada İrandakı diplomatik nümayəndəliyini 2012-ci ildə bağlayıb və iranlı diplomatları Ottavadan göndərib. İrana qarşı sanksiyaları Kanada 2010-cu ildən tətbiq edir.
Sanksiyalar, əsasən İİR-na nüvə, raket və hərbi məmulatların ixracını, qaz, neft və neft-kimya sənayesinə birbaşa investisiyaları, neft-emalı məmulatlarının ixracını qadağan edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !