Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün ABŞ-a 51-ci ştat kimi qoşulmalıdır.Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
"Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Onların heç nəyinə ehtiyacımız yoxdur.
Böyük subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Acıdır, amma həqiqətdir! Beləliklə, Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Heç bir tarif tətbiqi də olmayacaq” - Tramp qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !