Viza sistemi asanlaşacaq.
Oxu.Az “RİA Novosti”-ya istinadən xəbər verir ki, Kanadanın Vətəndaşlıq və İmmiqrant naziri Chris Akexander verdiyi açıqlamada, 2015-ci ildə Kanada tarixində ən yüksək sayda immiqrant qəbul ediləcəyini açıqlayıb. 2015-ci il üçün planlanlaşdırılan bu rəqəmin, 260 min ilə 285 min arasında olacağnı qeyd edən nazir Aleksandr, “Gələn il, 181 min 300 adamın iqtisadi, 68 min adamın ailəvi və 29 min 800 adamın da insani çətinliklər səbəbləri ilə köç müraciətləri qəbul ediləcək” deyə bildirib. Cəmi 279 min 100 olan rəqəmin, il ərzində baş verəcək proseslər ilə bağlı olaraq 285 minə çatacağı gözlənilir. Nazir Akexander, “2015 İmmiqrant Planı”nın əsas məqsədinin iqtisadiyyatın ehtiyacı olan işçi qüvvəsinin təmin edilməsi olduğunu qeyd edib. Nazir, 01 Yanvar 2015-ci il tarixindən etibarən tətbiq olunmağa başlanacaq “Express Entry” (Sürətli Giriş) işçi vizası sisteminin də qabiliyyətli immiqrantları ölkəyə cəlb etmək üçün asanlıq yaradacağını qeyd edib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !