"Kanal 13" rəhbərinin həbs müddəti 2 ay uzadılıb

14:10 | 19.03.2024

"Kanal 13" rəhbərinin həbs müddəti 2 ay uzadılıb

Səbail Rayon Məhkəməsinnin qərarı ilə 2023-cü i noyabrın 27-dən həbsdə olan "Kanal 13" İnternet TV-nin rəhbəri Əziz Orucovun həbs müddəti 2 ay uzadılıb. Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev bildirib. 
 
"Həbsin uzadılması tamamilə qanunsuzdur.  Əziz Orucov ictimai nüfuzlu jurnalistdir, ictimai xadimdir, ailəlidir, 2 körpə uşaq var himayəsində olan anası xəstə qadındır. Belə bir halda nə zərurət vardı ki, yenidən həbs qətimkan tədbiri seçildi? Məhkəmənin diqqətinə çatdırdıq ki, onun sağlamlığında da problem var. Şənbə günü müalicə mərkəzinə köçürülüb. Sinirləri ilə bağlı ciddi problemlər var. Hazırkı məhkəmənin qərarını ədalətsiz, qanunsuz hesab edirik.", - vəkil qeyd edib.
 
Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova Turan-a bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayətləri veriləcək. 

"Hazırda məni ən çox Əzizin sağlamlığı narahat edir. Heç bir istintaq hərəkəti aparılmır, lakin həbs müddəti üçüncü dəfədir uzadılır",- Lamiyə Orucova deyib.

Dekabrın 27-də də Səbail Rayon Prokurorluğu Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. 
 
Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
 
Əziz Orucov noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb