"Kanal 13"-ün rəhbəri Əziz Orucov 3 aylıq həbs edilib

17:22 | 28.11.2023

"Kanal 13"-ün rəhbəri Əziz Orucov 3 aylıq həbs edilib

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

Noyabrın 27-də Vəkil Bəhruz Bayramov bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Əziz Orucovun evində axtarış aparıb. Ona Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi açılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM