“Kanal-13”-ün rəhbəri Əziz Orucovun həbsi ilə bağlı şikayət təmin olunmayıb

16:32 | 01.04.2024
“Kanal-13”-ün rəhbəri Əziz Orucovun həbsi ilə bağlı şikayət təmin olunmayıb

“Kanal-13”-ün rəhbəri Əziz Orucovun həbsi ilə bağlı şikayət təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsi "Kanal-13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbsinin uzadılması ilə bağlı şikayəti təmin etməyib. Bu barədə onun xanımı Lamiyə Orucova bildirib.
 
Martın 19-da Səbail Rayon Məhkəməsinnin qərarı ilə 2023-cü i noyabrın 27-dən həbsdə olan "Kanal 13" İnternet TV-nin rəhbəri Əziz Orucovun həbs müddəti 2 ay uzadılıb. 

Ötən il dekabrın 27-də də Səbail Rayon Prokurorluğu Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. 
 
Səbail Rayon Məhkəməsində 2023-cü il noyabrın 28-də keçirilən prosesdə Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
 
Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM