Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 yanvar 2024-cü il tarixinə 8.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.3 milyard manat olub.
1 yanvar 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.3 milyard manat təşkil edib.
Bankın 1 yanvar 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 833 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !