Ölkənin
birinci bankı Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrin
inkişaf etdirilməsi və müştəri köçürmələrinin sürətli icrası istiqamətində növbəti
uğurlu addım atıb. Belə ki, Kapital Bank ABŞ-nin ən iri və nüfuzlu banklarından
biri olan Bank of New York Mellon-da müxbir hesabı açaraq beynəlxalq maliyyə
əməliyyatlarını daha da gücləndirib.
Bank of New York Mellon 1784-cü ildə təsis
olunub və ABŞ-nin ən qədim maliyyə
qurumlarından biri hesab olunur. Bank dünyanın bir çox ölkəsində fəaliyyət
göstərən nümayəndəlikləri ilə qlobal maliyyə bazarlarında yüksək etimad və
mövqeyə sahibdir.
150 illik yubileyini qeyd edən Kapital Bank
bu kimi təşəbbüsləri ilə Azərbaycanın bank sektorunun əsas sütunlarından biri olaraq
maliyyə bazarında mövqeyini daha da gücləndirir. Xidmət keyfiyyətinin
artırılmasına və bankın nüfuzunun gücləndirilməsinə yönələn bu kimi addımlar
bankın bir çox sahədə strateji rolunun göstəricisidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !