Hər zaman müxtəlif
sosial aksiyalara dəstək göstərən Kapital Bank-da qanvermə aksiyası keçirib.
"Qan ver, həyat qurtar” şüarı altında keçirilən qanvermə aksiyası Azərbaycan
Talassemiya Federasiyası İctimai Birliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə
baş tutub.
Mərkəzi Qan
Bankının mobil işçi qrupunun həkim-hemotoloqları tərəfindən donorların
sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Kapital
Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynovun da iştitak
etdiyi aksiyaya 100-dən çox bank əməkdaşı qoşulub. Qeyd edək
ki, bu kimi qanvermə aksiyaları Kapital Bank-da artıq ənənə halını alıb.
Qanvermə
aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına
yardım məqsədi daşıyır. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin
qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. Xatırladaq
ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 3000-dən artıq talassemiya və
digər irsi qan xəstəliyinə məruz qalan insan var ki, onların həyatı kütləvi
qanvermə aksiyalarından asılıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !