Naxçıvan Muxtar Respublikasından müraciət edən Əliabad qəsəbə sakini Azadə Bəylərovaya, Naxçıvan şəhər sakini Nahidə Kərimovaya və Şərur rayonunun 4 sakini Faiq Bayramov, Kəminə Həsənova, Yeganə Şirəliyeva, Əfsanə Süleymanovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar alınıb. Culfa rayonundan müraciət edən Zeynəb Xəlilova kiçik dərzi sexi, Elnur Hacıyev isə avtotəmizləmə xidmətləri göstərmək üçün lazımi avadanlıqlarla təmin edilib. Eləcədə Ağdam rayon sakini Gülnar Ağayevaya da un məmulatları hazırlamaq üçün gərəkli avadanlıqlar alınıb.
Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 141 nəfərə çatıb.
Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !