Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan ölkənin birinci bankı Kapital Bank depozit faizlərini 10%-dək artırıb. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bankın ən yaxın filialına yaxınlaşmaqla, AZN valyutası ilə depozitlərdə 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Kampaniya 31 mart tarixinədək keçərlidir. Ətraflı məlumat üçün:
Kapital Bank-ın USD valyutası üzrə depozit faizi isə 3.5%-dir. Ən yaxın Kapital Bank filialına yaxınlaşaraq əmanət müddəti 12 aydan 36 ayadək olmaqla 500 dollardan yuxarı istənilən qədər məbləği banka əmanət etmək olar. Əmanət məbləğini minimum 100 dollar məbləğində artırmaq mümkündür. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin illik faiz dərəcəsi xarici valyutada 2,5%, həcmi isə 100 000 manat ekvivalentindədir. Ətraflı məlumat üçün: https://kbl.az/prdd
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !