Ölkənin birinci bankı Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur.
Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edərək aşağıda qeyd olunan əməliyyatları bir mənbədən gerçəkləşdirə bilər:
Ölkədaxili köçürmələr
Ölkəxarici köçürmələr
Nağdsız valyuta mübadiləsi
Hesab və kart məlumatları: (Kapital Bank hesab və kart çıxarışlarının əldə edilməsi)
Kartlara mədaxil ( Əmək haqqı kartlarına köçürmələrin edilməsi)
Kart sifarişləri ( Kartların birbaşa öz sistemindən sifariş edilməsi)
POS məlumatları (POS çıxarışlarının əldə olunması)
E-ticarət məlumatları (E-com çıxarışlarının əldə olunması)
Ətraflı məlumat əldə etmək və qoşulmaq üçün: https://api.birbank.business/
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !