• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın baş sponsorluğu ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı baş tutub

Kapital Bank-ın baş sponsorluğu ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı baş tutub
29.07.2024 18:07
Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, "Azercosmos”, "4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan "İnnovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk "iFest- İnnovasiya və Texnologiya” festivalı keçirilib.  

Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Qeyd edək ki, festival ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29)-a həsr olunub və "Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı altında baş tutub. Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlər, startapların təqdimatı, investor görüşləri, texnologiya şirkətlərinin sərgisi, eləcə də əyləncəli şou proqramlar keçirilib.  

Silsilə xarakter daşıyan festivalda "Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar” və "COP29 və İnnovasiya: Dayanıqlı Gələcək üçün İnnovativ Həllər” mövzularında iki panel müzakirələri aparılıb. Kapital Bank-ın  kiçik və orta sahibkarlarla iş departamentinin satış şöbəsinin müdiri Rəşad Babayev ilk panelin çıxışçıları arasında müzakirələrdə iştirak edib. 

Qeyd edək ki, "iFest-İnnovasiya və Texnologiya” festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox