Kapital Bank-ın daha 16 müştərisi hədiyyə qazandı

10:57 | 14.08.2019
Xəbər verdiyimiz kimi, Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 01 oktyabr 2019-cu il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.
 
9 avqust tarixində lotereyanın ikinci tirajı keçirildi və daha 16 müştəri qiymətli hədiyyələr qazandı. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.
 
Şərtlərə görə minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-da tarixində keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq KapitalGift kartı, 5 nəfər iPad Mini və 1 nəfər iPhone XS əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Honda Civic avtomobili qazanacaq.
 
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
 
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.

www.anews.az
loading...