Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib. Naxçıvan şəhərində baş tutan olimpiada V-VIII sinif şagirdlərini əhatə edib.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fənn olimpiadasında şagirdlər biliklərini məktəb, rayon və muxtar respublika olmaqla 3 turda sınayıblar. Ümumilikdə fənn olimpiadasına qatılan 5000 şagirddən 35-i qalib olub. Layihənin məqsədi istedadlı şagirdləri müəyyən edərək, onların beynəlxalq olimpiadalarda iştirakını təmin etməkdir.
Final mərhələsinin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Kapital Bank və digər dəstəkçilər tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !