• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatdı

Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatdı
27.05.2024 17:25
Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Naxçıvan Dövlət Universitetində (NDU)  keçirilən "Cyber Bootcamp” düşərgəsi başa çatıb.
 
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib.
 
3 gün davam edən düşərgədə iştirakçılara tanınmış mütəxəssislər tərəfindən "Kibertəhlükəsizlik mühəndisliyi”, "Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi”, "Kibertəhlükəsizliyin hüquqi aspektləri”, "Cloud and cloud security”, "İT-ə gedən yol”, "Marketinqdə kibertəhlükəsizlik”, "Sənaye 4.0-da kibertəhlükəsizlik”, "Sosial platformalarda baş vermiş cinayətlər və təhlili”, "Veb proqramlaşdırma və kibertəhlükəsizlik” mövzularında təlimlər keçirilib. 
 
Düşərgə müddətində tələbələr arasında simuliyasiyalar da keçirilib. Simuliyasiyanın qaliblərinə və iştirakçılarına hədiyyələr, eləcə də sertifikatlar təqdim edilib.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol