11 iyun
2024-cü il tarixində Kapital Bank-ın buraxılış həcmi 30 000 000 (otuz
milyon) ABŞ dolları həcmində olan istiqrazları premium bazar seqmentində
listinqə daxil edilmişdir.
24 iyun
2024-cü il tarixində isə sözügedən istiqrazların Bakı Fond Birjasında abunə
yazılışı üsulu ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 investor
iştirak edib.
Xatırladaq
ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik
faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz,
adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC-dir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !