Ölkənin birinci Bankı Kapital Bank-ın Laçın filialının açılışı baş tutub. Laçın şəhəri, Heydər Əliyev küçəsi 87 ünvanında fəaliyyətə başlayan filialın açılışında prezidentin Laçın şəhərində xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Dövlət Məşğulluq Agentliyinin Laçın rayonu üzrə nümayəndəsi İlqar Təhməzov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, bankın nümayəndələri və Laçın sakinləri iştirak ediblər.
Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Laçın sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Yeni filalın açılışı ilə Kapital Bank həm də Laçında fəaliyyətə başlayan ilk bank kimi tarixə düşdü. Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Laçın filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Xankəndi filialının da açılışı planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !