Ölkənin birinci Bankı Kapital Bank-ın Laçın
filialının açılışı baş tutdu. Laçın şəhəri, Heydər Əliyev küçəsi 87 ünvanında fəaliyyətə
başlayan filialın açılışında prezidentin Laçın şəhərində xüsusi nümayəndəliyinin
rəsmisi Hüseyn Quliyev, Dövlət Məşğulluq Agentliyinin Laçın rayonu üzrə nümayəndəsi
İlqar Təhməzov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, bankın
nümayəndələri və Laçın sakinləri iştirak etdilər.
Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə
xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara
malikdir. Burada Laçın sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ
kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi
kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Yeni filalın açılışı ilə Kapital Bank həm də
Laçında fəaliyyətə başlayan ilk bank kimi tarixə düşdü. Ölkədə ən böyük filial
şəbəkəsinə malik bankın filiallarının sayı Laçın filialının açılışının ardından
119-a çatdı. Tezliklə bankın Xankəndi filialının da açılışı planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !