• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın Mobil-POS xidmətinə yeni taksit funksiyası əlavə olundu

Kapital Bank-ın Mobil-POS xidmətinə yeni taksit funksiyası əlavə olundu
09.03.2023 11:57
Kapital Bank ötən il Azərbaycanda ilk dəfə təqdim edilən Mobil-POS xidmətinə yeni funksiya əlavə edərək onu daha rahat və çoxfunksiyalı edib. Belə ki, artıq sahibkarlar ölkədə ilk dəfə olaraq smartfonları vasitəsilə ödəniş qəbul edən zaman, məbləği 18 ayadək taksitə də bölə bilərlər. Mobil-POS-dan istifadə edən sahibkarlar malın və ya xidmətin dəyərini aylara bölməklə daha çox müştəri cəlb edəcəklər və bununla da dövriyyələrini artıracaqlar.


Mobil-POS funksiyasını həm "iOS”, həm də "Android” əməliyyat sisteminə malik smartfon vasitəsilə sifariş etmək mümkündür. Lakin bu xidmətdən yararlanmaq üçün "Android” əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması zəruridir. Xidmətdən Müştəri Bank istifadəçiləri yararlana bilər. Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.


Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün əlverişli olan xidməti tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir. Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar.


Kapital Bank 2022-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxs və fərdi sahibkarlara Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol