• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu
20.05.2024 13:27
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-da nağd kredit müraciəti edən müştərilər üçün lotereya keçirilir. 15 may 2024-cü il tarixində lotereyanın 1-ci tirajı baş tutdu. Canlı yayımda təsadüfi üsulla seçilən 23 nəfər tirajın qalibi oldu. Lotereyanın şərtlərinə əsasən qaliblərin 15 aprel – 9 may 2024-cü il tarixlərində əldə etdikləri kreditin maksimum 500 AZN aylıq ödənişini Kapital Bank həyata keçirəcək. 

Qaliblər haqqında ətraflı məlumat: https://kbl.az/gtkltr 

Lotereyanın 2-ci və final tirajları 12 iyun 2024-cü il tarixində baş tutacaq. Qeyd edək ki, 1-ci və 2-ci tirajın hərəsində 23 nəfər olmaqla 46 qalibin maksimum 500 AZN aylıq kredit ödənişi, final tirajda isə 4 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək. Final tirajda 1-ci və 2-ci tirajın bütün iştirakçıları yenidən lotereyada iştirak edirlər.   

Lotereya haqqında məlumat üçün:  https://kbl.az/ltlt 

Xatırladaq ki, Kapital Bank-ın nağd kredit lotereyası 3 iyun tarixinədək davam edir. Bu müddətdə "Gündəlik təlabat krediti” üçün müraciət edən müştərilər avtomatik olaraq lotereyada iştirak şansı qazanırlar. "Gündəlik təlabat krediti” ni onlayn kanallardan (kapitalbank.az, birbank.az və Birbank mobil tətbiqi) müraciət edərək əldə edən müştərilər lotereyada 5 iştirak şansı, filiala  müraciət edərək kredit əldə edən müştərilər isə 1 iştirak şansı əldə edirlər . 
Qeyd etmək lazımdır ki, rəsmi gəliri olan hər kəs Kapital Bank-dan 50 000 AZN-dək "Gündəlik təlabat krediti”ni illik 10.9% dən başlayaraq 59 ayadək müddətə əldə edə bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol