Ölkənin ən
böyük işəgötürən maliyyə qurumlarından biri olan Kapital Bank-ın Quba-Xaçmaz
bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verilib. Quba və Xaçmaz şəhərlərində fəaliyyət
göstərən mərkəz müştəri müraciətlərinin daha tez və effektiv araşdırılmasına və
cavablandırılmasına xidmət edəcək.
Belə ki,
Kapital Bank-ın Quba və Xaçmaz filiallarının dəstəyi ilə Dövlət Məşğulluq
Agentliyi, ADPU-nun Quba filialı ilə qurulan əməkdaşlıq, eləcə də "Karyera
Marafonu 2022” layihəsindən 1400-ə yaxın namizədin CV-ləri araşdırılıb. Dəyərləndirmə
nəticəsində 700 nəfər namizədlə onlayn müsahibə keçirilib. Bu mərhələni uğurla
keçən 74 nəfər imtahana cəlb olunub. Nəticələri ilə fərqlənən 26 namizəd təcrübə
proqramında iştirak etmək şansı qazanıb.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !