Kapital Bank-ın baş sponsorluğu ilə "Açıq mənbə sahibkarlığı konfransı” baş tutdu. Konfransın məqsədi süni intellekt və açıq mənbə texnologiyası ilə məşğul olan peşəkarları, bu sahəyə marağı olan şəxsləri, texnologiya həvəskarlarını və sahibkarları bir araya gətirmək idi.
"GOUP” Könüllülər İcmasının təşkil etdiyi tədbirdə 150-dən çox iştirakçı ilə birlikdə süni intellekt, açıq mənbə texnologiyaları və sahibkarlıq mövzusunda geniş müzakirələr aparıldı, təqdimatlar nümayiş olundu. Mühəndislik və sahibkarlıq istiqamətlərində panel müzakirələrin və fərdi çıxışların da baş tutduğu konfransda 35 məruzəçi iştirak etdi.
İştirakçıların tədbirə göstərdiyi maraq və mütəxəssislərin təcrübələrini paylaşmaq həvəsi onu göstərir ki, son dövrlərdə ölkəmizdə xüsusən də gənclərin süni intellekt və açıq mənbə texnologiyalarına, eləcə də sahibkarlığa marağı artır. Bu kimi tədbirlər informasiya texnologiyaları sektorunda şəbəkələşmə, bilik mübadiləsi və yeni ideyaların inkişaf etdirilməsi üçün unikal imkanlar yaradır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !