Ölkənin birinci bankı Kapital Bank-ın rəsmi tərəfdaşlığı
ilə ölkəmizdə 5-ci dəfə "Yerli şirkətlərin tanıtım sərgisi” baş tutdu. 150-dən
çox şirkətin iştirak etdiyi sərginin təşkilatçıları Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group” idi.
Sərginin
açılış tədbirində çıxış edən Kapital Bank-ın İdarə heyətinin üzvü, Baş
korporativ satış inzibatçısı Fərid Hidayətzadə tədbiri sahibkarlığın inkişafı istiqamətində
atılan önəmli addımlardan biri kimi dəyərləndirib. "Sahibkarlığın inkişafı
prioritetlərimizdən biridir. Hazırda Kapital Bank-ın 44 000 aktiv mikro və
korporativ müştərisi var. Onlar üçün yaradılan imkanlardan danışsaq individual
olaraq formalaşdırılan "Maestro” tarifini mütləq qeyd etməliyəm. Hazırda 1500
müştəri bu tarifdən yararlanaraq xərclərinə 970 000 manat qənaət edib. Rəqəmsallaşmanın
tətbiqi ilə təkcə ötən il onlayn olaraq 26 000 sayda kredit rəsmiləşdirmişik.
Bundan əlavə, ötən il ərzində başdan başa onlayn şəkildə 2970 sayda 18 milyon
manat məbləğində qarantiya məktubu rəsmiləşdirilib.
Eləcə də biz müştərilərimizə
tam onlayn şəkildə hesab açmaq imkanını da yaratmışıq. İmkanlar olduqca
genişdir və biz bu istiqamətdə məhsullarımızı inkişaf etdirməyə davam edirik. Bildiyiniz
kimi biz artıq doğma Qarabağımızda Xankəndi,
Laçın, Zəngilanda da fəaliyyətə başlamışıq və burada da sahibkarların
yanındayıq. Məqsədimiz hər bir sahibkara onun profilinə uyğun, işini
asanlaşdıracaq, vaxtına qənaət edəcək bank məhsullarını təklif edə bilməkdir”.
Qeyd edək
ki, "Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. Kapital
Bank-ın da hər il dəstək olduğu sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin
fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış
imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı
inkişaf etdirməkdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !