Son illər ölkənin bank sektoru rəqəmsallaşmaya,
informasiya texnologiyaları sahəsinin inkişafına böyük önəm verir. Artıq bir
sıra bank əməliyyatları onlayn qaydada, bankın filiallarına gəlmədən həyata
keçirilir. Hazırda əksər qabaqcıl bankların mobil tətbiqləri var ki, bu tətbiqlər
vasitəsilə hesabları idarə etmək, pul göndərmək, ödəniş kartı ilə bir sıra əməliyyatlar
etmək mümkündür. Bütün bu yeni innovativ həllər müştəri xidməti keyfiyyətinin və
rahatlığının artırılmasına yönəldilib.
İnkişaf edən və dəyişkən bazar mühiti ilə
ayaqlaşmaq üçün daim yeni funksiyalar, qabaqcıl texniki yeniliklər təqdim etmək
zəruridir. Lakin bütün bu sadalananları həyata keçirmək üçün güclü komandaya,
bilikli texniki heyətə və proqramçılara böyük ehtiyac vardır.
Təbii ki, müasir tendensiyalardan ölkənin birinci
bankı olan Kapital Bank da geridə qalmır. Bunun üçün də Kapital Bank-da artıq
bir neçə ildir ki, müxtəlif təcrübə proqramları keçirilir və yeni-yeni mütəxəssislərin
yetişdirilməsi üçün çox böyük işlər görülür. Məlumat xidməti, bankdakı əməliyyatçılar,
kredit inspektorları, hətta təqaüdçü könüllüllərlə yanaşı Kapital Bank-da
informasiya texnologiyaları, proqramlaşma, bank sistemləri sahəsində də təcrübə
proqramları həyata keçirilir və sonda ən yaxşılar seçilərək, işlə təmin
olunurlar.
İnformasiya texnologiyaları sahəsində keçirilən təcrübə
proqramları barədə daha ətraflı məlumat əldə etmək üçün Kapital Bank-ın İdarə
Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalovla danışdıq.
Onun dediyinə görə təcrübə proqramları 2018-ci ildən etibarən keçirilir və
hazırda da davam edir. " Ötən ildən başlayaraq gənclər üçün müxtəlif təcrübə
proqramları təşkil edirik. Son zamanlar həm banklarda, həm də digər sahələrdə ən
geniş yayılan və gənclərin maraq göstərdiyi istiqamət informasiya
texnologiyalarıdır. Hər zaman gəncləri və təhsil layihələrini dəstəkləyən
Kapital Bank, İT sahəsi üzrə də təcrübə proqramları təşkil edir və sonda ən
yaxşıları işlə təmin olunur”, - deyə N. Zeynalov bildirib.
Bəs indiyədək keçirilən proqramlarda neçə gənc işlə
təmin olunub? Bu sualın cavabını da Nahid Zeynalovdan öyrənə bildik: "Layihə çərçivəsində
ölkənin bir sıra ali məktəblərinin (ADA, UNEC, ADNSU və s.) 3-cü və 4-cü kurs tələbələrini
təcrübəyə dəvət etdik. 60 nəfərədək gənc bizə müraciət etdi. Nəticədə 20 nəfərdən
ibarət bir qrup yığıldı. Onlar 2-3 ay ərzində təcrübə keçdilər. Özünü yaxşı
göstərən 12 tələbəni yarım ştat formada işə götürürük. Məvacib verməklə yanaşı
həmçinin ödənişli əsasla təhsil alan tələbələrin illik pulu da Kapital Bank tərəfindən
ödənilir. Yox əgər əməkdaş ödənişsiz əsasda təhsil alırsa, bu zaman həmin vəsait
əməkdaşın inkişafına, təlim ehtiyaclarına sərf olunur. Ali məktəbi bitirdikdən
sonra isə tələbələr tam olaraq işə qəbul olunacaqlar”, - deyə, Kapital Bank-ın İdarə
Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı dedi.
Kapital Bank-ın İnformasiya Sistemlərinin İnkişafı
departamentinin rəhbəri Fərid Səmədov öz növbəsində bildirib ki, ilkin olaraq tələbələrin
bilik və bacarıqları yoxlanılıb, sonra isə onlar bir neçə qrupa bölünüb: "Biz
seçilən tələbələri əvvəlcə sınaqdan keçirdik və onları müvafiq qruplara böldük.
Həmin qruplara tərəfimizdən mentorlar təyin edildi və tələbələr real layihələrə
cəlb olundu. Təbii ki, onların nəzəri bilikləri var idi, amma ilk olaraq
Kapital Bank-da təcrübə keçib, real layihələrdə "özlərini göstərmək” şansı əldə
etdilər. Hazırda biz onlar üçün müxtəlif treninq və seminarlar təşkil edirik.
Əminəm ki, təcrübə proqramında olanların hər biri gələcəkdə uğurlu və peşəkar
mütəxəssis olacaq”, - deyə, F. Səmədov dedi.
Ali məktəbdə təhsil almaqla paralel artıq bankda
işləyən tələbələrin də fikirlərini öyrənmək maraqlı olardı. Bu səbəbdən də tələbələrlə
görüşüb, onların da fikirlərini və gələcək planlarını öyrəndik.
Valeh Əsədov – Android developer: "Hər zaman böyük
şirkətin İT sahəsində işləməyi arzulayırdım. Tanışlarımdan Kapital Bank-da olan
təcrübə proqramı barədə eşitdim və özümü sınamaq qərarına gəldim. Seçim mərhələsində
də, imtahan zamanı da hamıdan üstün olacağıma söz vermişdim. Şadam ki, hazırda
ölkənin birinci bankının əməkdaşıyam”.
Lamiyə Əsgərova – Web developer: "Təcrübə
proqramına qoşulmaq istəyi yarananda çətin seçim qarşısında qalmışdım. Müraciət
etmək üçün bir neçə variantım var idi. Çox götür-qoy etdikdən sonra nəhayət
Kapital Bank-a müraciət etmək qərarına gəldim. Burada olan iş mühiti və peşəkar
mütəxəssislər seçimimdə yanılmadığımı bir daha sübut etdi”.
Kənan Əlizadə – Java developer: "Kapital Bank-a gəlişim
təsadüf nəticəsində oldu. Təcrübə zamanı mehriban və gülərüz iş ab-havası mənim
xoşuma gəldi və qarşıma məqsəd qoydum ki, mütləq burada işləməliyəm. Aldığım
motivasiya sayəsində Kapital Bank-da iş yeri qazandım. Həmçinin arxa ofis əməkdaşlarına
rəsmi olaraq sərbəst geyimdə işləmək icazəsinə görə lap xoşbəxtəm”.
Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq
ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT sahəsi üzrə təcrübə
keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində "İT Könüllü
proqramı” yazmaqla
[email protected]
ünvanına göndərə bilərlər.
www.anews.az
loading...