Ölkənin birinci bankı Kapital Bank
gənclərin inkişafına və karyera yollarında uğur qazanmalarına dəstək olmaq
məqsədilə müxtəlif təlimlər təşkil etməyə davam edir. Bu dəfə isə Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin (ADNSU) "Kapital Bank otağı” və Bakı Slavyan Universitetinin
karyera mərkəzində "Emosional zəka” mövzusunda təlimlər keçirilib.
Hər iki təlim Kapital Bank-ın
İstedadların İdarə Edilməsi departamentinin İşçi Bağlılığı və Motivasiya şöbəsinin
baş mütəxəssisi Nərmin Əhmədzadə tərəfindən keçirilib. Təlim zamanı tələbələr
emosional zəkanın iş həyatında və şəxsi inkişafdakı rolu, eləcə də onu artırmaq
üçün effektiv üsullar və tətbiq sahələri haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, hər zaman təhsilə dəstək layihələri ilə
gündəmə gələn Kapital Bank Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan
Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji
standartlara cavab verən "Kapital Bank” otaqlarının açılışını həyata keçirib.
Bu otaqlar tələbələrin müxtəlif təlimlərdə iştirak edərək yeni bacarıqlar qazanması
üçün istifadəyə verilib. Bank gələcəkdə də gənclər üçün innovativ təlim
proqramları və tədbirlər keçirməyə davam edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !