• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank və onun rəhbər şəxsi qlobal mükafata layiq görülüb

Kapital Bank və onun rəhbər şəxsi qlobal mükafata layiq görülüb
23.05.2023 09:57
Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank daha bir nüfuzlu mükafata layiq görülüb. Belə ki, Kapital Bank və onun Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova "Employer Brand Stars” ("İşəgötürən Brendi Ulduzları”) qlobal təltifləri üzrə Liderlik istiqamətində olan ən yüksək sayılan qızıl mükafata layiq görülüb.


"Kapital Bank bu gün Azərbaycanda işçi sayına görə ən böyük bankdır. Biz təkcə işçi sayımızı deyil, paralel olaraq işçi təcrübələrimizi və məmnuniyyətini artırırıq. İlk hədəfimiz budur ki, bankda çalışan hər bir insan işdən evə qayıdarkən özü ilə yeni biliklər, əvəzsiz təcrübələr və pozitiv emosiyalar aparsın. Bizim işçi dəyər təklifimiz məhz inkişaf və öyrənmə üzərində qurulub. Ölkəmizin ən böyük işəgötürənlərindən biri kimi bu mükafatı Azərbaycan şirkəti olaraq ilk dəfə məhz biz əldə etmişik”, - deyə, Kapital Bank-ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova bildirdi.

Mükafat London mərkəzli "Employer Brand Academy” tərəfindən təşkil edilir və namizədlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndilir. Bu ilki tədbirdə mükafatlandırılanlar arasında Türkcell, Philipp Morris və s. kimi iri şirkətlər də olub.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Yeni nəsil kassa aparatları ilə dövriyyə 26 milyard manatı ötüb
İqtisadiyyat 15:33
Yeni nəsil kassa aparatları ilə dövriyyə 26 milyard manatı ötüb
Daşınmaz əmlak alanlara 30 milyon manata yaxın ƏDV geri qaytarılıb
İqtisadiyyat 15:17
Daşınmaz əmlak alanlara 30 milyon manata yaxın ƏDV geri qaytarılıb
ABB DigiLife onlayn jurnalını təqdim etdi!
İqtisadiyyat 15:03
ABB DigiLife onlayn jurnalını təqdim etdi!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol