Kapital Bank müştəri xidmətinin
inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni
konsepsiya əsasında təqdim edilən Nəsimi filialı, Bakı şəhəri, İmran Qasımov
küçəsi 4 ünvanında fəaliyyət göstərir. Artıq fiziki, hüquqi şəxs və fərdi
sahibkar müştərilər onlar üçün hazırlanan xüsusi xidmət sahələrində bank xidmətlərindən
daha rahat istifadə edə bilərlər.
Kapital Bank-ın yeni
konsepsiyası əsasında təqdim edilən Nəsimi filialı, eyni zamanda həm fiziki, həm
hüquqi şəxs, həm də fərdi sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər,
müxtəlif növ kreditlər, plastik kartlar, valyuta mübadiləsi, əmək haqqı layihələri,
əmanətlər, biznes və sahibkar kartları, POS ilə inteqrasiya olunan Smart
kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının
asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər və
bir sıra digər məhsullar təqdim ediləcək. Burada xidmət saatlarından əlavə
qeyri-iş saatlarında da bir sıra bank əməliyyatlarının həyata keçiriıməsi
mümkün olacaq. Belə ki, ödəmə terminalları və ATM-lər vasitəsi ilə müştərilər fərdi
şəkildə pul köçürmələri, büdcə, kommunal və digər xidmətlərin ödənişlərini həyata
keçirə, nağd pul əldə edə bilərlər.
Qeyd edək ki, Kapital Bank
2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir
çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ
interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir.
Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 5
filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 4 yeni struktur
bölmə (şöbə və filiallar) istifadəyə
verilib. Eyni zamanda transformasiya layihəsinin davamı olaraq cari ildə bir
sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir
olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük
filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.
www.anews.az