“Barselona”nın əfsanəvi kapitanı Karles Puyol bu vəzifənin sahibi kimi son dəfə mətbuat konfransı təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, Puyol mayın 17-də “Barselona” “Atletiko” Madrid matçından sonra klubu ilə vidalaşacaq. “Barsa” forması ilə son matçına, özü də çempionluq oyununa çıxacaq təcrübəli kapitan konfransda hüznlü dəqiqələr yaşayıb.
Katalon klubunun yetirməsi olan və 1999-cu ildən etibarən “Barselona”nın əsas komandasında çıxış edən (1996-1997 “Barselona C”, 1997-1998 “Barselona B”),Puyol illərdir, sədaqətlə komandasına xidmət edir.
Karyerasını gələn mövsümdən etibarən hansı klubda keçirəcəyini hələ tam qərarlaşdırmayan Puyol “Barselona”da milyonlarla uşağın, yuxularını yaşadığını deyib: “Mən artıq yolun sonuna gəldim. “Barselona” isə böyük uğurlar qazanmağa davam edəcək”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !