Karantin günlərində nəvəsinə toy edən Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirilib -CANLI YAYIM

13:10 | 22.08.2020

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.

Anews.az-ın məlumatına görə, İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinirlər. 

Bu maddə üzrə təqsirli bilinən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb