Karantin qaydalarının pozulduğu konsertlə bağlı DİN-dən AÇIQLAMA

12:10 | 07.06.2021
Karantin qaydalarının pozulduğu konsertlə bağlı DİN-dən AÇIQLAMA

Karantin qaydalarının pozulduğu konsertlə bağlı DİN-dən AÇIQLAMA

Polis əməkdaşları  5 iyun "İstanbul Meyhanə Bilgəh" də keçirilən  konsertin qarşısını alıb. 
 
Bunu Anews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. 
 
"Həmin konsert açıq məkanda keçirilib. Polis əməkdaşları orada sosial məsafənin qorunmamasını müşahidə etdikdən sonra konsertin qarşısı alınıb. Karantin qaydalarını pozan iştirakçıların heç biri cərimə olunmayıb, sadəcə onlara xəbərdarlıq olunub" - deyə Ehsan Zahidov bildirib.
 
5 iyun "İstanbul Meyhanə Bilgəh" restoranında müğənni Nuri Sərinləndirici, Jane Şirokihli və məşhur türkiyəli müğənni Mustafa Cecelinin konserti keçirilib. Konsertdə karantin qaydaları kobud şəkildə pozulub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb