Bakı Nəqliyyat Agentliyi paytaxtın iki fərqli ərazisində sıxlıq səbəbi ilə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların hərəkət intervalında gecikmə olduğunu açıqlayıb.
Anews.az xəbər verir ki,BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Q.Qarayev prospekti Özbəkistan küçəsi ilə kəsişmədə ("Koroğlu" m/st istiqamətində) yol nəqliyyat hadisəsi baş verib:
Sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.
Eyni zamanda hazırda Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində və M.Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin çoxluğundan sıxlıq müşahidə olunur. Burda da xeyli sayda sərnişin avtobusunun intervalında gecikmələr yaranır.
Qeyd olunanları nəzərə alaraq bir daha fərdi minik avtomobili sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq”.
Həmçinin bu gündən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti bərpa edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !