Karantinə yerləşdirilən icra başçısının müavinindən xəbər var

09:47 | 10.04.2020
Karantinə yerləşdirilən icra başçısının müavinindən xəbər var

Karantinə yerləşdirilən icra başçısının müavinindən xəbər var

Koronavirus infeksiyası ilə əlaqədar karantinə yerləşdirilən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun müayinələri davam etdirilir.
 
Bunu Pravda.az-a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.
 
E.Nəsirov qeyd edib ki, A.Dilavərovla mütəmadi telefon əlaqəsi saxlayır: "Özünü yaxşı hissi edir. Onun immuniteti güclüdür. Ümid edirik ki, yaxın vaxtlarda evə buraxılacaq. Narahatlığa əsas yoxdur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM