Karantinlə bağlı avtomobillərin hərəkəti qadağan edilib? — RƏSMİ AÇIQLAMA

19:01 | 02.04.2020
Karantinlə bağlı avtomobillərin hərəkəti qadağan edilib? — RƏSMİ AÇIQLAMA

Karantinlə bağlı avtomobillərin hərəkəti qadağan edilib? — RƏSMİ AÇIQLAMA

Karantin rejimi dövründə Nazirlər Kabinetinin qərarına riayət etməyən, şəxsi nəqliyyat vasitəsindən istifadə edən və zərurət olmadığı halda küçəyə çıxan şəxslərlə bağlı polis reydi davam edir.

Anews.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən sutka ərzində 1638 nəqliyyat vasitəsinin sahibi inzibati məsuliyyətə cəlb olunub, 12 nəfər isə inzibati qaydada həbs olunub:

"Məsuliyyətə cəlb olunan sürücülərin hərəkəti dayandırılıb və onlar gəldikləri istiqamətdə geri qaytarılıb. Lakin bu o demək deyil ki, sürücülərin hamısı geri qaytarılıb, yaxud hərəkəti dayandırılıb. Şəhərə giriş, nəqliyyat vasitəsindən istifadə zərurəti olan sürücülərin şəhərə giriş icazəsi var. Qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələri və sürücülərlə bağlı hər hansı məlumat daxil olmayıb. Lakin postlarda belə faktların da qarşısının alınması tapşırığı verilib. Hər hansı məlumat daxil olarsa mediaya məlumat veriləcək”.(yeniavaz.com)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM