Karantinlə bağlı cərimələrin hara köçürüləcəyi BİLİNDİ - RƏSMİ

14:36 | 07.04.2020
Karantinlə bağlı cərimələrin hara köçürüləcəyi BİLİNDİ - RƏSMİ

Karantinlə bağlı cərimələrin hara köçürüləcəyi BİLİNDİ - RƏSMİ

"Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilən hüquqi və fiziki şəxslərdən toplanan cərimələrin uçotunun aparılması üçün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində ayrıca xəzinə hesabı açılıb”.

Anews.az "Report”a istinadən xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və "2020-ci il dövlət büdcəsi haqqında" qanuna görə inzibati cərimələr büdcəyə ödənilir: "Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmaları koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb