"Dünyada 74 yurisdiksayada karbon qiymət qoyma siyasəti var. Bizə məhsul ixrac edən ölkələrin əksəriyyətində emissiyaya görə, karbon qiymət qoyma siyasəti yürüdülür və müxtəlif ölkələrdə müxtəlif sənayelər və məhsullar üzrə tətbiq edilir. Məsələn, Çin deyir ki, mən öz Çin cban tərtib edəcəm, Avropa İttifaqı da başqa cban tətbiq edir. Əslində COP kimi tədbirlərdə hədəf ondan ibarətdir ki, qlobal maraqlara cavab verən uzlaşmış təkliflər üzərində işlənilsin. Azərbaycanda təşkil ediləcək sammitdə də bu əsas müzakirə mövzularından biri olacaq”, - Musayeva Anews.az suallarını cavablandırarkən bildirib.
Onun
sözlərinə görə, ümumi, uzlaşmış karbon qiymət qoyma siyasətinə nail olmaq elə də
asan deyil.
Hazırda Azərbaycan ölkənin dekarbonizasiya strategiyası üzərində işləyir. Bu strategiyada ölkənin metan emissiyasının azaldılmasından tutmuş, özəl sektorun yaşıl layihələrə təşviqi, yaşıl kreditlərin verilməsi, karbon vergisinin tətbiqinə qədər geniş spektr əhatə olunacaq.
Hazırda
Azərbaycan 2030-cu ilə qədər metan emissiyasını 40%-ə kimi azaltmaq öhdəliyini
öz üzərinə götürüb.
Musayeva
bildirir ki, strategiya hələ hazır olmasa da yaşıl layihələr üzərində çalışan
özəl sektor təşviq olunur.
"Yaşıl
layihələrin ictaçıları üçün mənffəət vergisinə 50% güzəşt nəzərdə tutulub.Tullantıların
idarə olunması, alternativ enerji mənbələrindən istifadə ilə bağlı ekoloji
dayanıqlılığa xidmət edən sənayelərin qurulması strateji investisiya layihələrinə
daxil edilib . O siyahı prezident tərəfindən qəbul olunub. Texnologiiya
parklarının rezidentlərinə vergi məcəlləsində böyük vergi güzəştləri var. Startup-lara 3 illik vergi güzəştləri verilir.
Ölkə ərazisində həm elektromobil və hibrid avtomobillərin idxalı ilə bağlı vergi
güzəşti var. Elektromobillərin həm idxal,ı həm də satışı vergilərdən azad
edilib”, - Musayeva vurğlayıb.
Onun
sözlərinə görə, neft-qaz sektoru üçün ayrıca karbon vergisi qəbul edilməsə də
müəyyən ekoloji məsuliyyət yaradan vergilər tətbiq edilir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !