Dünya karikaturaçılarının "Oskar"ı sayılan 32-ci "Aydın Doğan" beynəlxalq karikaturaçılar müsabiqəsində birinci yerə Albaniya karikaturaçısı Agim Joelin, ikinci yerə İran rəssamı Möhsün Nuri Nəcəfi, üçüncü mükafata da bu ölkənin karikaturaçısı Cəlal Pirmərzabad layiq görülüblər.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, birinci mükafatın qalibinə 8 min dollar və "Hürriyet" qəzetinin qızıl lövhəsi, ikinciyə 5 min dollarla "Kanal "D" televiziyasının lövhəsi, üçüncü mükafatın sahibinə isə 3 min 500 dollar və "Posta" qəzetinin lövhəsi verilib.
Müsabiqədə iştirak edən başqa karikaturaçılara isə 500 dollar məbləğində həvəsləndirici mükafatlar təqdim edilib.
Birinci və ikinci yerin qalibi olan iranlı rəssamlar tədbirdə iştirak edə bilmədiklərindən onların yerinə mükafatlar "Doğan" media qrupunun nümayəndələrinə təqdim olunub.
Yarışma "Aydın Doğan" Fondu tərəfindən 1983-cü ildən keçirilir. Bu dəfəki müsabiqəyə 66 ölkədən 787 rəssam 2 min 289 karikaturası ilə qatılıb.
Münsiflər heyətinin 9 üzvündən biri Azərbaycan vətəndaşı Bayram Hacızadədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !