Karmo Tyuyr: "Heç kim Ukraynanı müdafiə etməyəcək" - MÜSAHİBƏ

17:06 | 23.04.2014
Karmo Tyuyr: "Heç kim Ukraynanı müdafiə etməyəcək" - MÜSAHİBƏ

Karmo Tyuyr: "Heç kim Ukraynanı müdafiə etməyəcək" - MÜSAHİBƏ

Estoniya Tartu Universitetinin politoloqu Karmo Tyuyrun ANNET.Az saytına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik: - Ukraynanın cənub-şərqindəki vəziyyəti necə xarakterizə edərdiniz? - Hesab edirəm ki, Ukraynanın bu sahəsində Rusiya xüsusi əməliyyat keçirir, bunda da şirma kimi yerli əhalidən istifadə olunur. İnkar etmək olmaz ki, bu yerli sakinlər arasında Kiyev hakimiyyətindən narazı olanlar da var, amma onların hamısını rusiyayönümlü adlandırmaq kobud səhv olardı. Eynilə, "yerli əhalinin rus dilində danışmaq hüququnun müdafiəsinə" diqqəti cəlb etmək Rusiya təbliğatına işləməkdir. Nə Cənubda, nə Ukraynanın Qərbində heç kəs heç kimə rus dilində danışmağı qadağan etmir və münaqişə milli yox, siyasi-iqtisadi xarakterə malikdir. - NATO və Rusiyanın birlikdə və ya ayrı-ayrılıqda Ukraynanın ərazisinə qoşun yeridəcəyi mümkündürmü? - Rusiya qoşunları artıq Ukraynadadır, ən azından Krımdadır. Şərqdə də həmçinin Rusiya xüsusi bölmələri var. Əfsus, Ukrayna və Rusiya silahlı qüvvələri arasında hərbi qarşıdurmanın olmasını da istisna etmək olmaz. Əgər bu halda sadə əhalinin də arasında qurbanlar olarsa, onda müəyyən məqamda üçüncü qüvvələrin müdaxiləsindən danışmaq olar. Ukrayna özünə müdafiə etməyənə kimi, heç kəs onu müdafiə etməyəcək. - Ukraynadakı vəziyyət haqqında Estoniyada nə düşünürlər və nə deyirlər? - Təbii, Rusiyada hərbi şövqün və revanşizmin təntənəsini həyəcanla müşahidə edirlər. Estoniya, NATO-un üzvü kimi, öz müttəfiqlərinin tam dəstəyini hiss edir və öz müdafiə qabiliyyətini gücləndirir. - Necə hesab edirsiniz, Ukraynanın cənub-qərbi Krım yolu ilə gedə bilərmi? Ukrayna unitar dövlət olaraq qalacaqmı? - Vladimir Putinin də dediyi kimi, Rusiya alternativ Ukraynanın və ya Kiçik Rusiyanın qurulmasıyla məşğul olur. Ona görə də cənub-şərq Krımın ardınca getməyəcək, onu Krımın arxasınca məcburən getməyə çalışacaqlar. - Müxtəlif ölkələrin bir çox ekspertləri indi o barədə danışırlar ki, Ukraynanın ardınca oxşar hadisələri Dnestryanıda görəcəyik, sonra hansısa başqa ölkələrin də adları sadalanır. Sizcə belə proqnozlara nə qədər bəraət qazandırmaq olar? - Vladimir Putin, Dnestryanı haqqında danışarkən belə dedi: "Xalq necə istəyirsə, elə etmək lazımdır". Bunun rusca tərcüməsi o anlama gəlir ki, Dnestryanını da Rusiyaya birləşdirmək lazımdır. Və əgər bunun üçün Ukraynanı cənub ərazilərini almaq lazımdırsa, onda belə də edəcəklər. Onu da yada salsaq ki, Ukraynanın Qərbindəki ruslar, Moldovada qaqauzlar, Azərbaycanda ləzgilər "azadlıqlar"ını gözləyirsə, onda Kremlin işləri xeyli çoxdur. -  Şərqdə çoxlu sayda etnik rusların yaşadığı Estoniyada da bənzər hadisələri görə bilərikmi? - Şübhəsiz, belə planlar cızan insanlar var. Amma hələ ki Rusiya ələ keçirilməsi asan olan ərazilərlə məhdudlaşır. Estoniyaya isə ələ keçirilməsi asan olan ərazi kimi baxmaq düzgün deyil. - Azərbaycan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal etmiş Ermənistanla silahlı qarşıdurma vəziyyətindədir. Ermənistan KTMT-yə daxil olur və Gömrük Şurasının üzvü olur… Yaxın gələcəkdə İkinci Dağlıq Qarabağ Müharibəsinin şahidi ola bilərikmi? - Müharibə üçün ən azı iki tərəf lazımdır. Ona görə də icazənizlə sualınıza sualla cavab verərdim: əgər Qarabağda erməni ordusundan başqa, həmçinin Rusiya ordusu da olsa, Azərbaycan vuruşmağa hazırdırmı? - Rusiya ordusu Dağlıq Qarabağda nə etməlidir ki? Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər müharibə başlansa, Bakı öz torpaqlarını qaytarmaq niyyətindədir. O ki qaldı Ermənistan ərazisinə, Rusiya Federasiyasının nəzarəti altında olan bu ərazilərə Bakı iddia etmir. Ona görə də Qarabağ münaqişəsində Ermənistanın tərəfini saxlamaq üçün Rusiyanın heç bir səbəbi yoxdur. - Ümid edirəm ki, belədir. Amma əgər tərəf saxlayacaqsa, onda "kimin" və "nə üçün" yox, "kimə qarşı" və "nə üçün" tərəf saxlayacaq. Dövlət Departamentinə, Vaşinqtona qarşı tərəf saxlayacaq, hansılar ki, Moskva versiyasına əsasən, Xəzərin enerji resurslarını öz əllərində birləşdirərək, Rusiyanın enerji təhlükəsizliyini sıxışdırmağa çalışırlar. Əgər Qarabağ müharibəsi yenidən alovlansa, onda Kremlin ritorikasında Bakı Amerikanın əlində antirusiya aləti kimi görünəcəkdir. Həmid HəmidovANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM