Kart sistemi niyə təzə avtobuslara tətbiq oluna bilmir? – AÇIQLAMA

10:40 | 17.12.2013
Kart sistemi niyə təzə avtobuslara tətbiq oluna bilmir? – AÇIQLAMA

Kart sistemi niyə təzə avtobuslara tətbiq oluna bilmir? – AÇIQLAMA

Xeyli müddətdir Nəqliyyat Nazirliyi avtobuslarda gediş haqqının kart sistemi ilə ödəniləcəyini, buna texniki baxımdan hazır olduqlarını deyir. Sonuncu xəbər isə bundan ibarət oldu ki, paytaxtda kart sistemi gələn ildən, yəni 2014-cü ilin əvvəlindən tətbiq olunacaq. Yeni sistemin işə düşməməsinin səbəbi kimi bu yeniliyin tətbiqi üçün yeni avtobusların alınmasının vacibliyi göstərilmişdi. Nəzərinizə çatdıraq ki, hazırda marşrut xəttlərə buraxılan avtobuslar da ölkəyə yeni gətirilib və gətirilərkən kart sisteminin tətbiqi məsələsi gündəmdə idi. Maraqlıdır, büdcədən əlavə vəsait xərcləmədən hazırkı avtobuslarda kart sisteminin tətbiqi üşün texniki imkanlar nəzərə alına bilməzdi?ANN.Az-a açıqlamasında Sosial Hüquqların Monitorinq Mərkəzinin rəhbəri Azad İskəndərli ümumiyyətlə, kart sisteminin tətbiqi məsələsində Nəqliyyat Nazirliyinin “oyunları”nı istisna etməyib.“Mən Sizinlə tamamilə razıyam. Ola bilsin ki, bu addımın bu gün yox, gələcəkdə yeni avtobuslara tətbiq edilməsində Nəqliyyat Nazirliyinin yeni "oyunlar"ı var. Bütün hallarda xeyrə yozulan bir hal deyil. İnsanların sosial rifahını yaxşılaşdırmaq üçün, görünür tək  "Asan" Xidmət yetərli deyil. Çünki, hər bir nazirlik öz strukturunda ilk öncə insanların sosial rifahı üçün yeni-yeni qərarlar qəbul edib həyata keçirməlidir. Nəinki bu günkü işi sabaha saxlamaq” -  deyə Azad İskəndərli bildirib.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM