"Azərbaycanda idxal dəyərindən 15-20 dəfə baha satılan məhsullar sırasına kartofu da aid etmək olar” – bu haqda kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov öz "Facebook" səhifəsində yazıb.
ANN.Az xəbər verir ki, DSK-nın 2014-cü il məlumatlarına istinad edən ekspert ölkəmizə 8,6 milyon dollar dəyərində 129,4 min ton kartof idxal olunduğunu yazıb: "Orta hesabla ölkəyə gətirilən kartofun 1 kiloqramının idxal dəyəri 0,066 dollar təşkil edib. Rusiyadan idxal olunan 52,2 min ton kartofun hər kiloqramının idxal dəyəri isə 0,041 dollar təşkil edib (2014-cü ilin məzənnəsi ilə yuvarlaq 3 qəpik). Halbuki həmin məhsul Azərbaycan bazarında istehlakçılara idxal dəyərindən 20 dəfə baha qiymətə, 60-70 qəpiyə satılıb”.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !