ABŞ sakini, 24 yaşlı Aleks Kreyq kartof satmaqla bir aya $10 000 qazanıb.
ANS PRESS-in məlumatına görə, Aleksin satdığı kartof adi kartof deyil, onların hər birinin üstündə ünvanlanmış məktub yazılır. Belə ki, müştəri hansı ünvana sözünü çatdırmaq istəyirsə, ona uyğun mətn yazaraq, Aleks Kreyqə verir. Bu gənc oğlan da mətnin ölçüsünə uyğun kartof seçir. Sonra mətni onun üzərində yazaraq, lazımi ünvana göndərir. İlk dəfə bu layihə Reddit saytında çıxanda, Aleks 2000 dollar pul qazanıb.
Qazandığı pullara görə hamının diqqətini özünə çəkən amerikalı bu layihəni hazırlamaq üçün günlər sərf etdiyini deyir.
Xidmətin dəyəri kartofun ölçülərindən asılıdır: orta ölçülü kartofa 100 söz yerləşdirmək mümkün olur ki, bu 8 dollar, böyük ölçülü kartofa isə daha çox söz yerləşdirmək mümkün olduğundan, onun dəyəri 10 dollardır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !