Sosial baxımdan durumu zəif olan ailələr uşaqlarına məktəbli formaları ala bilmirlər. Bu barədə Anews.az-a bir neçə valideyn tərəfindən müraciət daxil olub.
Onlar bildirirlər ki, məktəb rəhbərliyinə bununla bağlı müraciət etsələr də, məsələyə baxan yoxdur.
Sentyabrın 9-da Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib ki, ailənin sosial durumu zəifdirsə, məktəbli formasını əldə etmək üçün təhsil ocaqlarının rəhbərliyinə müraciət edə bilərlər.
"Övladını məktəbə gətirən hər bir valideyn övladına forma və yaxud geyim almalıdır. Bu valideyinin öhdəliyidir. Sosial cəhətdən elə valideynlər var ki, bu formanı ala bilmirlər. Bu halda təbii ki, onlar müvafiq şəkildə məktəb direktorlarına, rayon təhsil şöbəsinə müraciət etsinlər. Direktorların köməyi ilə nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə kömək edə bilər",- nazir bildirib.
Məsələ ilə bağlı Milli məclisin deputatı Etibar Əliyev anews.az-a açıqlamasında bildirib ki, birmənalı şəkildə kasıb ailələr üçün məkətbli geyimlərinə güzəştlər olunmalıdır.
"Ümumiyyətlə məktəbli formalarından gəlir götürmək düzgün deyil. Neçə ildir bu prosesi Təhsil Nazirliyi nizamlaya bilmir. Məktəbli məktəbə əlbətdəki məktəbli formasında gəlməlidir. Bu dünyanin hər bir ölkəsində var. Təkcə bizdə belə deyil. Məktəbli, küçədə, dərsdə seçilməlidir. Bu məktəbdə geyim ayrı-seçkiliyini aradan qaldırır. Digər tərəfdən tikiş fabrikləri ilə Təhsil Nazirliyi danışıqlar aparmalıdır. Əgər tikiş fabriki bunu çatdıra bilmirsə, başqa sifariş yollarını tapmaq lazımdır ki, məktəbli formaları ilə məktəblilər təmin olunsunlar. Birmənalı şəkildə kasıb ailələr üçün güzəştlər olmalıdır. Nazirlik bu məsələni araşdırmalıdır. Tikiş fabrikləri ilə müqavilələr bağlanmalıdır. Yaxud məktəbli formalarını ikiqat ucuzlaşdırmaqla bu məsələni təmin etmək olar. Kənardan baxanda geyim məktəb mədəniyyətidir. Bu mədəniyyət Təhsil Nazirliyi üçündə maraqlı olmalıdır. Yəni konkret olaraq, vaxt az qalıb. Bəzi tikiş fabrikləri ilə danışmaq lazımdır. Əgər geyimlər vahid tikiş fabrikinda satılırsa, güzəştli formada, ucuz şəkildə məktəblilərə verməlidirlər. Bu məsələdə problem yaranmamalıdır. Fərqli geyimlər məktəbdə harmoniyanı pozur. Nazirlik hər hansı vəsait hesabına bunu qarşılamalıdırlar",- deputat vurğulayıb.
2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrində 484,7 min uşaq təhsil alacaq.
46,2 min uşağın I sinfə gedəcəyi, 38 minə yaxınının IX, 26,9 minin X, 25,6 min nəfərin isə XI sinfə gedəcəyi proqnozlaşdırılır. İxtisaslaşdırılmış XII sinif üzrə 168 nəfər təhsil alacaq.
Yeni tədris ilində 90 minə yaxın uşağın məktəblərdə hazırlıq qruplarında təhsil alacağı gözlənilir.
46,2 min uşağın I sinfə gedəcəyi, 38 minə yaxınının IX, 26,9 minin X, 25,6 min nəfərin isə XI sinfə gedəcəyi proqnozlaşdırılır. İxtisaslaşdırılmış XII sinif üzrə 168 nəfər təhsil alacaq.
Yeni tədris ilində 90 minə yaxın uşağın məktəblərdə hazırlıq qruplarında təhsil alacağı gözlənilir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !