İspaniya millisinin futbolçusu İker Kasilyas DÇ-2014-ün B qrupunda Çili ilə oyundan (0:2) sonra fikirlərini bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper bu turnirdə uğursuz çıxış etdikləri üçün azarkeşlərdən üzr istəyib:
"Azarkeşlərimizdən üzr istəyirəm. Çili ilə görüşdə əlimizdən gələni etsək də, heç nə alınmadı. Qrupdan çıxa bilmədiyimiz üçün çox təəssüflənirik. Bu bizim üçün faciədi və bunu qəbul etmək məcburiyyətindəyik".
Kasilyas yığmadakı karyerasını başa vurub-vurmayacağı ilə bağlı hələlik qərar vermədiyini deyib.
Qeyd edək ki, Çiliyə uduzan son dünya çempionu İspaniya qrupdan çıxmaq şansını itirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !