"Real"ın qapıçısı İker Kasilyas özünə aid olan rekordu yeniləyib.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper qapısını 592 dəqiqədir toxunulmaz saxlayır.Madrid klubu ilə Çempionlar Liqasında və Kral kuboku matçlarında oynayan Kasilyas son olaraq ötən ilin noyabrın 27-də ÇL-də "Qalatasaray"la matçda qapısında qol görüb.Qeyd edək ki, ispan qolkiperin bundan əvvəlki rekordu 518 dəqiqə idi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !