“Kasperski”nin Azərbaycan nümayəndəsi təyin olundu

17:57 | 21.04.2015
“Kasperski”nin Azərbaycan nümayəndəsi təyin olundu

“Kasperski”nin Azərbaycan nümayəndəsi təyin olundu

"Kasperski Laboratoriyası” Müşviq Məmmədovu Azərbaycanda şirkətin nümayəndəsi təyin edib. 

Oxu.Az xəbər verir ki, Müşviq Məmmədovun əsas vəzifəsi şirkətin regionda inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi, korporativ müştərilər və istifadəçilər üçün mühafizə həllərinin tanıdılması olacaq.  

"Kasperski Laboratoriyası”nın Azərbaycandakı rəsmi nümayəndəsinin şirkətin sifarişçiləri və tərəfdaşları, həmçinin potensial müştərilərlə sıx əməkdaşlıq edəcəyi planlaşdırılır. 

Müşviq Məmmədov əsasən korporativ müştərilər və dövlət qurumları ilə işə əsas diqqət yönəldəcək. 

Nümayəndə həmçinin şirkətin Azərbaycanda marketinq fəaliyyətinə dəstək verəcək və koordinasiya edəcək. 

Qeyd edək ki, Müşviq Məmmədov 10 il bundan qabaq İKT sahəsində fəaliyyətə başlayıb. Bu dövr ərzində o, müxtəlif İT məhsullar və xidmətlərin satışına rəhbərlik edib. "Kasperski Laboratoriyası”nın Azərbaycandakı rəsmi nümayəndəsi təyin olunana qədər Müşviq Məmmədov dörd il ərzində Azercell şirkətində çalışıb. Bu vaxta qədər o, N-link şirkətinin satış və servis şöbəsinin direktor vəzifəsini tutub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM