Kaspşik atəşi dayandırmağa çağırdı

12:05 | 05.05.2015
Kaspşik atəşi dayandırmağa çağırdı

Kaspşik atəşi dayandırmağa çağırdı

ATƏT-in indiki sədri Minsk qrupunun həmsədri və digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri atəşkəs rejiminə ciddi riayət etməyə çağırıblar. Mən bu xəbərlərdən çox narahatam. Hər ölüm xəbəri atəşkəs rejiminə tam olaraq riayət ediləcəyi halda qarşısı alınması mümkün olan faciədir.

Oxu.Az xəbər verir ki, bu barədə "Novosti Armeniya”ya verdiyi müsahibəsində ATƏT-in cari sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Dağlıq Qarabağda cəbhə xəttində gərginlik barədə suallara cavab verərkən bəyan edib.

Onun sözlərinə görə, atəşkəs barədə razılaşma tərəflər arasında danışıqların və onların siyasi iradəsinin sayəsində qüvvədədir.

"ATƏT-in cari Sədrliyi, Minsk qrupunun sədrləri və mən atəşkəs rejiminin möhkəmləndirilməsi və hadisələrin nəticələrinin bir qədər yumşaldılması üzərində işləyirik. Amma atəşkəsə riayət edilməsinə dair əsas məsuliyyət tərəflərin üzərinə düşür”, - diplomat deyir.

Kaspşikin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin başqa yerlərdə baş verən hadisələrin fonunda kölgədə qalmaması vacibdir.  

"Cari sədr və həmsədrlər, eləcə də Minsk qrupunun iştirakçıları olan dövlətlərin XİN rəhbərləri bu məsələ ilə məşğul olmağa davam edirlər və bu münaqişənin dinc yol ilə həll olunması üçün mümkün olan hər şeyi edirlər. 2014-cü ildə həmsədr ölkələr tərəfindən yüksək səviyyədə üç görüş təşkil olunub və hər cari sədr bu prosesin dəstəklənməsi məqsədi ilə müntəzəm olaraq regiona səfər edir. Amma son nəticədə sülh razılığı münaqişənin tərəfləri üzərinə düşür, ATƏT-in bütün strukturları dəstəkləyir. Həmsədrlər daima tənzimlənmə prosesinin irəliləməsi üçün tərəflərə ideya təqdim etmək üzərində işləyir”- o qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM